Xəbər lenti

Ərəb koalisiyası Yəmənin paytaxtını bombaladı

Ərəb koalisiyasına məxsus aviasiya Yəmənin paytaxtı Sana şəhərinə hava zərbələri endirib.

Publika.az xəbər verir ki, ölən və yaralananlar barədə hələ ki, məlumat verilmir.

Ötən gün Səudiyyə Ərəbistanının havadan müdafiə sistemləri Ər-Riyadın şimal-şərq hissəsində ballistik raketi vurublar. Raket hücumu vaxtında dəf edilib, əhali arasında itki qeydə alınmayıb. Raket Yəməndəki üsyançı husilər tərəfindən atılıb.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

Yəmənin Hüquq və İnkişaf mərkəzinin hesablamalarına görə, 2015-ci ildən etibarən ölkədə 10 mindən çox dinc sakin ölüb, 19 minə yaxını yaralanıb. (apa)




Ana səhifəyə qayıt        Baxış: 922          Tarix: 6-11-2017, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma