Xəbər lenti

                                                             

ABŞ-ın müdafiə naziri Ceyms Mettis ölkəsinin Suriyada YPG kürd terrorçu qruplaşmasına silah tədarükünü dayandıracağını bəyan edib.“RİA Novosti”nin verdiyi xəbərə görə, C.Mettis buna artıq ehtiyac qalmadığını qeyd edib.

“Biz prezident Donald Trampın bəyanatları çərçivəsində hərəkət edəcəyik. Kürd dəstələri artıq silahlandırılıb. Və nəzərə alsaq ki, koalisiya hücum əməliyyatlarını dayandırmaq üzrədir, silahlandırmaya artıq ehtiyac yoxdur”, – deyə nazir qeyd edib.

Bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, D.Tramp R.T.Ərdoğanla telefon danışığı zamanı YPG-yə silah tədarükünün dayandırılmasına dair göstəriş verdiyini bildirib.//APA




Ana səhifəyə qayıt        Baxış: 899          Tarix: 3-12-2017, 00:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma