Xəbər lenti
Bu gün, 21:12
Bu gün, 15:47
Bu gün, 09:19
Dünən, 23:05
Dünən, 22:47
Dünən, 19:45
Dünən, 16:18
Dünən, 15:12
Dünən, 12:33
ABŞ-ın müdafiə naziri Ceyms Mettis türkiyəli həmkarı Fikri Işıkla telefon danışığı zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib.
Ovqat.com APA-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”yə Pentaqonun mətbuat xidmətindən bildirilib.
“Nazir ABŞ-ın NATO üzrə müttəfiqinin müdafiəsinin təmin edilməsinə və təhlükəsizlik sahəsində əlavə risklərin qarşısının alınmasına dair sadiqliyini təsdiqləyib. Hər iki lider İraq və Suriyada sülh və sabitliyi dəstəklədiyini təsdiqləyiblər”, - deyə Pentaqondan bildirilib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl rəsmi Ankaranın etirazına baxmayaraq, Suriyada İŞİD-lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























