Xəbər lenti

  

Tramp PKK-nın Suriya qanadı hesab olunan PYD-yə bundan sonra silah verməyəcək.

Ovqat.com xəbər verir ki, məlumatı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıqlayıb.

Nazirin sözünə görə, Tramp Ərdoğanla bugünkü telefon danışığında bunu deyib. ABŞ prezidenti söhbət zamanı artıq bununla bağlı lazımi göstəriş və təlimatları verdiyini də etiraf edib.

Qeyd edək ki, telefon danışığından əvvəl paylaşdığı Twitter mesajında ABŞ prezidenti öz ölkəsinin Yaxın Şərqə  hərbi müdaxiləsini 6 trilyon dollar və xeyli insan itkisi hesabına başa gələn səhv adlandırmış, bu səhvdən doğan bütün problemləri həllə edəcəyini bildirmişdi.

Trampın kürd separatçılarını dəstəkləməkdən imtina etməsi ABŞ-ın Yaxın Şərqdəki son maşasını da buraxdığını göstərir.




Ana səhifəyə qayıt        Baxış: 2 453          Tarix: 24-11-2017, 22:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma