Xəbər lenti

  "Şəhərimizin sakinləri Azərbaycan mədəniyyəti, incəsənəti ilə daha yaxından tanış olmaq arzusundadırlar. Biz əməkdaşlığımızı daha da genişləndirməli, yeni birgə mədəni və digər tədbirlər təşkil etməliyik".

Bu sözləri “Report”un Fransa bürosuna Fransanın Silli-Tillar şəhərinin meri Jan Vertadye Azərbaycanın "Cəngi" qrupunun sözügedən şəhərdə konsertindən sonra deyib.

O, Azərbaycan tarixi və mədəniyyətinin çox zəngin və keşməkeşli olduğunu bildirib:

"Azərbaycan musiqisi bizim şəhərdə bu gün ilk dəfə olaraq səsləndirilib. Hesab edirəm ki, tarixi bir gündür. Azərbaycanın əsrarəngiz musiqisinin bizim şəhərdə səsləndirilməsi bizim üçün böyük şərəfdir".

Jan Vertadye 2018-ci ildə Azərbaycana səfər etməyi planlaşdırdığını da qeyd edib:

"Gələn ilin may ayında Azərbaycana səfər etməyi planlaşdırıram. Səfərim 8 gün davam edəcək. Azərbaycan tolerantlıq, multikulturalizm diyarıdır. Bu bəşəri dəyərləri yaşadan ölkəni daha yaxından kəşf etməyi və onu meri olduğum şəhərdə daha artıq təbliğ etməyi düşünürəm".




Ana səhifəyə qayıt        Baxış: 821          Tarix: 3-12-2017, 09:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma