Rusiya və Misir 2018-ci il fevralın 1- dən iki ölkə arasında aviadaşımaların barpa olunması barədə razılığa gəliblər. Amma hələlik söhbət müntəzəm reyslərdən gedir. Çarter renysləri barədə məsələ gələn ilin aprelində gündəliyə çıxarılacaq.
Ölkələr mülki aviasiyanın təhlükəsizliyüinin təmin olunması istiqamətindən əməkdaşlıq edəcəklər.
Nəqliyyat naziri Maksim Sokolov bu barədə protokolun imzalanmasından danışıb:
«Qahirə ilə Moskva arasında aviadaşımaların bərpası istiqamətində növbəti addım atıldı. Hələ imzalanmalı olan bir sıra sənədlər var – ilk növbədə, Rusiya Federasiyası Prezidentinin aviadaşımaların bərpra olunması üzrə sərəncamına dəyişikliklər olunması istiqamətindəki sənədlər. Rusiya Prezidentinin Misir Prezidenti ilə görüşündən sonra biz artıq əldə olunmuş razılaşmaların reallaşdırılmasına başlayırıq».//AzPolitika.info
Paylaş: