Xəbər lenti

Sarm-El-Seyh-800x500

Rusiya ilə Misirin çimərlik bölgələri arasında aviadaşımaların bərpası Rusiyadan Türkiyəyə olan turist axınının 10-35 faizini «qopara» bilər. Burada əsas faktor rolunu Misir otellərinin qiymətləri oynayacaq.

Buradan da Misirin Türkiyə turizm biznesi üçün necə ciddi bir rəqib olduğu açıqca görsənir.

Bundan əvvəl Rusiyanın nəqliyyat naziri Maksim Sokolv Misirin mülki aviasiya nazirinin cümə günü Moskvaya səfər edəcəyinə ümidli olduğunu bildirmişdi və qeyd etmişdi ki, tərəflər aviadaşımaların bərpası barədə müvafiq sənədlər imzalayacaqlar.

Məlumat üçün bidirək ki, 2015-ci ildə Sina üzərində «Koqalımavia» şirkətinə məxsus təyyarənin qəzaya uğramasından sonra Misirlə Rusiya arasında aviadaşımalar dayanıb.Araşdırmalardan sonra, Federal Təhlükəszlik Bürosu (FBR) baş verən hadisənin terror aktı olduğunu elan etmişdi.

Rusiyanın turizm üzrə statistikasına görə, cari ildə Rusiyadan Türkiyəyə 4,3 milyon adam gedib. Bu, mütləq rekorddur – heç vaxt bu qədər getməyib. Burada «təxirə salınmış tələb» və qiymət amili böyük rol oynayıb. Ötən müddətdə Türkiyə otelləri əməlli-başlı «aclıq» keçirdiyinə görə, qiymət məsələsində maksimum loyallıq göstəriblər. Onlardan bəziləri hətta aşağı qiymətləri «turistə investisiya qouluşu» (turisti geri qaytarmaq üçün) kimi qəbul edib.

1158429_620x410

İndi Türkiyə 2018-ci ildə ölkəyə 6 milyon rusiyalı turistin gələcəyini gözləyir. Türkiyə otellərində bir gün üçün qiymət 60-70 dollardır, keyfiyyət baxımından müqayisə oluna biləcək Misir otelərində isə qiymət təxminən 30 dollar təşkil edir. Şübhəsiz, əgər Misir istiqaməti «açılsa» və tələb artsa, Misir otelləri qiymətləri qaldıracaqlar.
Əgər Misir otelləri 50-60 dollar həddində «alver»ə keçsələr, Türkiyə üçün heç də ciddi rəqabət yarada bilməzlər. Amma misirlilər qiymət dempinqini davam etdirsələr, Rusiyadan Türkiyəyə olan turis axınının 30-35 faizini «qopara» bilərlər.

Yaxın Şərqdə – Fələstin ətrafında yaranmış indiki vəziyyət göstərir ki, bölgənin turizm sektoru əməlli-başlı siyasiləşib. Belə ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Qüds barədə səsləndirdiyi bəyanatlara (imzaladığı sənədlər) münasibətdə ərəb dövləti olan Misirin təəccüb doğuracaq susqunluğu və bununla da İsrailin bölgədə oynadığı oyunlara loyallıq nümayiş etdirməsi xeyli məkrli məqsədlərdən xəbər verir. Məsələn, belə mövqeyinə görə, güman ki, İsrail Misirlə Rusiya arasında aviaəlaqələrə mane olmayacaq – ən azı bir müddət…

Amma Türkiyəyə yönəlik vəziyyət xeyli fərqlidir və bu fərq qardaş ölkənin xeyrinə deyil. Çünki Türkiyə Trampın qərarlarına yönəlik və ümumiyyətlə, Fələstin məsələsində xeyli qətiyyətli mövqedən çıxış edir. Təbii ki, bu da İsrailin xoşuna gələ bilməz və o, böyük ehtimalla bütün sahələr üzrə Türkiyəyə mane olmağa çalışacaq. Bu sıradan qardaş ölkənin türizm sektoru da istisna təşkil etmir. Şübhəsizdir ki, İsrail tərəf Rusiyadan Türkiyəyə turist axınını azaltmaq istiqamətində bacardığı əngəlləri yaradacaq. Bu perspektivin dolayı «anons»ları artıq özünü büruzə verməkdədir. Məsələn, yerli KİV-in bu gün yaydığı bir xəbər buna əyani sübut ola bilər. Xəbərdə deyilir k, son günlər Azərbaycanda vəhhabilər xeyli fəallaşıblar…

Məlumdur ki, dünyada vəhhabilərin «kirvəsi» Səudiyyə Ərəbistanı hesab olunur – vəhhabilik məzhəbi bu ölkədə rəsmi dövlət dini mövqeyindədir. İsrail isə Səudiyyə Krallığı ilə «isti münasibət»lər qurub və onu ərəb ölkələri arasında ən nüfuzlusu elan edib. Bu günlərdə yayılan bir xəbərdə isə bildirilir ki, Fələstinlə İsrail arasında vasitəçilik etmək məsələsində İsrail Səudiyyə şahzadəsinin xidmətindən yararlanmaq fikrindədir. Guya, məhz bu məqsədlə İsrail Səudiyyə şahzadəsini ölkəyə qeyri-rəsmi qonaq dəvət edib. Bu zaman, nəzərdən qaçırmaq lazım deyil ki, hələ də Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik münasibətlər qurulmayıb. Amma bu amil iki dövlət arasında qeyri-rəsmi (gizli) əməkdaşlığa mane olmur…

Misirlə İsrailin məxfi münasibətlərinin əsası hələ Ənvər Sədat dövründən qoyulub və bu münasibər indi də uğurla davam edir.

Dairə qapandımı?…//Azpolitika.info




Ana səhifəyə qayıt        Baxış: 429          Tarix: 14-12-2017, 22:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma