Xəbər lenti

BMT Baş Assambleyasının 128 lehinə, 9 əleyhinə, 35 ölkənin isə bitərəf qaldığı qərarla Qüdsü İsrailin paytaxtı kimi tanımamasına Türkiyə prezidenti Ərdoğan və Fələstin lideri Mahmud Abbasdan ilkin reaksiya verilib.

Strateq.az xəbər verir ki, Ərdoğan qərarı məmnuniyyətlə qarşıladıqlarını bəyan edib: 

"Qüds məsələsində BMT-yə təqdim olunan layihənin əzici bir çoxluqla qəbul edilməsini məmnuniyyətlə qarşılayırıq. Tramp yönətiminin BMT-nin bu qərarından sonra bir an əvvəl geri dönməsini gözləyirik. Fələstin və Qüds davasına dəstək verən hər kəsə şəxsim və millətim adından təşəkkür edirəm".

Fələstin lideri Mahmud Abbas isə BMT-nin məlum qərarından dərhal sonra açıqlama verib. O, "Səsvermənin nəticəsi Fələstin üçün bir zəfərdir", – deyib.

Xatırladaq ki, bu gün BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnamə qəbul edib. Sənədin lehinə 128, 9 ölkə qətnamənin əleyhinə səs verib. 35 dövlət isə bitərəf qalıb.

Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya səs verib.




Ana səhifəyə qayıt        Baxış: 846          Tarix: 22-12-2017, 17:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma