Səudiyyə Ərəbistanı hökuməti bundan əvvəl korrupsiyada ittiham olunan azı 20 nəfəri həbsdən azad edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "The Wall Street Journal" qəzeti yazıb.
Nəşrin mənbələrinin məlumatına görə, son həftə ərzində azad olunanların sırasında nüfuzlu şəxslər də var. Bu, xüsusilə keçmiş maliyyə naziri və Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkəti rəhbərliyinin üzvlərindən biri olan İbrahim Əbdül Əziz əl-Əssafdır. O, müqəddəs Məkkədə məscidin genişləndirilməsi layihəsi ilə bağlı fırıldaqçılıqda ittiham olunurdu.
Sərbəst buraxılanlar arasında şahzadə Turki bin Xalid, həmçinin maliyyə nazirinin sabiq müavini və "Saudi Telecom" şirkətinin keçmiş rəhbəri də var.
Tezliklə korrupsiya ittihamları ilə əlaqədar məhkəmə prosesinə start veriləcək.
Paylaş: