Xəbər lenti

 

Səudiyyə Ərəbistanında korrupsiya cinayətlərinin istintaqı çərçivəsində 208 nəfər saxlanılıb.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl Mujib bildirib. Onun sözlərinə görə, saxlanılan 208 şəxsdən 7-si azadlığa buraxılıb. Baş prokuror hazırkı mərhələdə saxlanılanların kimliyinə dair açıqlama verməkdən imtina edib.
Qeyd edək ki, noyabrın 5-də Səudiyyə Ərəbistanında vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan 11 şahzadənin və krallığın hazırkı hökumətinin tərkibindəki 4 nazirin (ümumilikdə 40 nəfər) həbs edilməsinə dair qərar qəbul edib.
Səudiyyə Ərəbistanı Korrupsiya ilə Mübarizə Komitəsi  kralın fərmanı ilə noyabrın 4-də yaradılıb.




Ana səhifəyə qayıt        Baxış: 664          Tarix: 9-11-2017, 20:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma