Xəbər lenti

Türkiyə Rəcəb Tayyib Ərdoğanla və ABŞ prezidenti Donald Tramp arasında bir az əvvəl telefon danışığı olub.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki liderin görüşündə Suriyadakı son vəziyyət və Afrin əməliyyatı gündəmdə olub.

Ərdoğan "Əməliyyat özünü müdafiə çərçivəsindədir. "Zeytun budağı" təhlükəsizliyimiz üçün vacibdir" deyərək, terrorla mübarizədə işbirliyinin önəminə diqqəti çəkib.

Ərdoğanla Tramp istər Suriya, istərsə bölgədəki digər məsələlərdə, həmçinin Türkiyə-ABŞ arasındakı işbirliyinin daha qərarlı şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Görüşdə ABŞ-ın YPG/PYD-yə verdiyi dəstək də müzakirə mövzusu olub.




Ana səhifəyə qayıt        Baxış: 780          Tarix: 25-01-2018, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma