Xəbər lenti

ABŞ prezidenti Donald Tramp cümə günü türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə Türkiyənin Amerikadan hərbi texnika ala bilmə imkanlarını müzakirə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin iki ölkə lideri arasında baş tutan telefon söhbətindən sonra yaydığı bəyanatda deyilir.

Ağ ev rəhbəri Türkiyə prezidentini həmçinin Birləşmiş Ştatların Suriyadakı tərəfdaşlarına göstərdiyi dəstəkdə dəyişikliklər ediləcəyi barədə məlumat verib.




Ana səhifəyə qayıt        Baxış: 871          Tarix: 25-11-2017, 11:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma