
İranın Sistan və Bəlucistan vilayətində 3 tona yaxın narkotik maddə müsadirə edilib. Vilayətin polis idarəsinin rəisi Məhəmməd Qənbəri jurnalistlərə bildirib ki, həyata keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə İrana gətirilən 2 ton 780 kiloqram narkotik maddə müsadirə olunub və 5 nəfər həbs edilib. Polis rəisinin sözlərinə görə, narkotik maddə qaçaqmalçıları ilə yaşanan silahli toqquşmada bir nəfər polis əməkdaşı yaralanıb.
Bundan başqa, həmin vilayətdəki Mehran şəhərində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 540 kiloqram narkotik maddənin qanunsuz saxlanılması aşkar edilib. Polisin fikrincə, narkotik maddə satış üçün saxlanılırdı.
Xatırladaq ki, Sistan və Bəlucistan İranın Əfqanistan ilə sərhədində yerləşir(azərtac).
Paylaş: