Bundan başqa Qaratəpə kənd sakini Səbuhi Rüstəmovun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilib. Evində gizlətdiyi satış üçün nəzərdə tutulan ümumi çəkisi 2 kiloqram 294 qram olan marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilən çətənə kolları, onların kökləri və toxumları aşkar edilərək götürülüb.
Rayon sakini əvvəllər dəfələrlə məhkum olunan Soltan Ağayevin də yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı S.Ağayevin evinin zirzəmisində xüsusi üsulla 23 ədəd kibrit qutusunda qablaşdırdığı ümumi çəkisi 155 qram olan marixuana aşkar edilərək götürülüb. Əməliyyata-axtarış tədbirlərinin davamı olaraq S.Ağayevin yaşadığı evin digər otaqlarına baxış zamanı isə əlavə olaraq 5 kiloqram 218 qram marixuana aşkar edilib.
Saxlanılan şəxs ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl evinin həyətində əkdiyini, onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini və qurutduğunu bildirib.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar və zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Paylaş: