Xəbər lenti

İraqın şimalında Sincar şəhərində PKK terror təşkilatına qarşı Türkiyə Silahlı Qüvvələrinin (SQ) hazırladığı yeni hərbi əmliyyatın "Dəclə qalxanı" adlanacağı bildirilib.

Bu barədə hərbi mənbələrə istinadən Türkiyə mətbuatı xəbər yayıb.

Məlumata görə, hazırda Türkiyə SQ bu əməliyyata hazırlıq işləri aparır.

Hərbi əməliyyatın başlanacağı vaxt barədə dəqiq məlumat verilmir.

Qeyd edək ki, daha öncə ölkə lideri Rəcəb Tayyib Ərdoğan Türkiyə SQ-nin PKK terror təşkilatına qarşı mübarizə məqsədilə İraqın Sincar şəhərinə daxil ola biləcəyi barədə bəyan etmişdi/Trend. 

 




Ana səhifəyə qayıt        Baxış: 726          Tarix: 22-03-2018, 12:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma