Xəbər lenti

Türkiyə Hərbi Qüvvələri İraqın şimalında, Avaşin-Basyan ərazisində terrorçuların obyektlərinə qarşı əməliyyatları davam etdirir.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

Əməliyyat zamanı PKK silahlılarının əldəqayırma partlayıcı qurğusu məhv edilib.

Quru qoşunları bölməsi Suriyadan Türkiyəyə keçmək istəyən 2197 nəfəri saxlayıb. Saxlanılanlardan silahlar müsadirə edilib.

Bundan əlavə, saxlanılan daha 38 nəfər Yunanıstandan Türkiyəyə qeyri-leqal yolla gəlmək istəyib.

Qeyd edək ki, PKK terror təşkilatı Türkiyənin dövlət strukturlarına və vətəndaşlarına qarşı silahlı hücumlar həyata keçirir.




Ana səhifəyə qayıt        Baxış: 750          Tarix: 28-10-2017, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma