Türkiyə Silahlı Qüvvələri sentyabrın 18-də Silopi əyalətinin Habur rayonunda hərbi təlim keçirməyə başlayıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Habur sərhəd qapısı Türkiyənin Şırnak rayonu ilə İraqın şimalındakı yerli kürd hökumətinin idarə etdiyi Zaho arasında yerləşir.
Baş qərargahın yaydığı açıqlamaya görə, bu, təlim sərhəd bölgəsində terrora qarşı mübarizənin və əməliyyatların davam etdirilməsi deməkdir.
Məlumata əsasən, hərbi manevr İraqın şimalındakı yerli “müstəqillik” haqqında keçirmək istədiyi “referenduma”la bağlı mesaj da sayıla bilər.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalındakı yerli hökumətin keçirmək istədiyi aksiyanı tənqid etmişdi:
Paylaş: