ABŞ prezidenti Donald Trampla Türkiyənin prezidenti Ərdoğan telefonda Suriya böhranı ilə bağlı ötən gecə telefonda danışıblar.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər Şərqi Quta bölgəsinə tətbiq edilən kimyəvi silah hücumu ilə bağlı fikir mübadiləsi apararaq, Əsəd rejiminə qarşı atılacaq addımları müzakirə ediblər. Lakin atılacaq addımların detalları açıqlanmayıb.
Məlumatda o da qeyd olunub ki, telefon söhbətində hər iki ölkənin lideri bundan sonra daha sıx müzakirə aparmaq qərarına gəliblər.
Onu da qeyd edək ki, Şərqi Qutda kimyəvi silah hücumu ilə bağlı ABŞ Əsəd rejimini vuracağını bəyan edib. Rusiya isə Suriyaya atılacaq istənilən reketi havada zərərsizləşdirəcəyini bildirib. Dünən isə Tramp buna cavab olaraq Moskvaya təhdid mesajı vermişdi. O, “Rusiya, hazır ol, ağıllı raketlərimiz gəlir” demişdi. Bundan sonra Putin ABŞ və Avropanı sağlam düşüncəyə dəvət etsə də, Müdafiə Nazirliyi Şərqi Qutaya da hərbi qüvvə yeridəcəyini açıqladı. Həmin açıqlamaya görə, bu gün Rusiya ordusu Şərqi Qutaya daxil olacaq.
Paylaş: