Xəbər lenti

Əsədə bağlı olan ordu birləşmələri Suriyanın kimyəvi silah hücumu ilə bağlı dünyanın gündəmdə olan Şərqi Qutada nəzarəti tam ələ keçirib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, Şərqi Qutada kimyəvi silah tətbiqi ilə dünyanın müzakirəsində olan Duma bölgəsi də daxil olmaqla, bütün məntəqələr Əsəd ordusunun nəzarətindədir: “Artıq Suriyanın dövlət bayrağı Şərqi Quta və Dumada dalğalanır”.
Rusiya MN-dən bildirib ki, bölgədə təhlükəsizliyi Əsəd ordusu ilə birlikdə Rusiyanın hərbi polisi də qoruyacaq.
Xatırladaq ki, 4 gün əvvəl Şərqi Qutadada kimyəvi silah tətbiq olunub. Nəticədə 80 nəfər ölüb, 1000-dən zəhərlənən olub. Bundan sonra başda ABŞ olmaqla, Avropa öplkələri Əsəd rejimini bombardan edəcəyini açıqlasa da, Rusiyanın müqaviməti ilə üzləşiblər. İsrail isə kimyəvi silah hücumunun axşamı isə yeganə dövlət olaraq, Əsədə bağlı olan avibazanı bombalayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 639          Tarix: 12-04-2018, 13:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma