Xəbər lenti

Ermənistanın baş naziri Serj Sərkisyan İrəvanda müxalifətin aksiyasına ilk dəfə münasibət bildirib.

Sərkisyan mitinqlərin Ermənistanın inkişafına pozitiv təsir etmədiyini iddia edib.

“İnsanların toplaşma azadlığını məqbul qiymətləndiririk. Lakin nə vaxt onlar paytaxt küçələrini bağlayaraq, hərəkətə mane olurlarsa və böyük tıxaclar yaradırlarsa, bu inkişafın qarşısını almaqdır”, – deyə o bildirib.

Sərkisyan iddia edib ki, mitinqlər turistlərin ölkəyə gəlməsinə də mane olur: “2017-ci il ölkədə sakit il oldu və turistlərin gəlişindən iqtisadiyyat qazanc əldə etdi”.

Ermənistanın baş naziri həmçinin, xalqdan vaxt istəyib.

“Bizə bir neçə il lazımdır. Cəmi bir neçə il imkan verilsə, əhali inkişafı öz həyatlarında hiss edəcəklər”, – deyə o xahiş edib.

Qeyd edək ki, aprelin 17-də Sərkisyan parlamentin iclasında baş nazir seçilib. Buna etiraz əhali “Elk” fraksiyasının lideri Nikol Paşinyanın rəhbərliyi altında kütləvi aksiyalara başlayıblar. Artıq 6 gündür davam edən aksiya getdikcə böyüyür. Ermənistan polisi dünən etirazçılara atəş açmaq barədə xəbərdarlıq edib. Ekspertlər hadisələrin ölkədə qarşıdurmaya çevriləcəyini hesab edirlər./Publika.com/

 




Ana səhifəyə qayıt        Baxış: 709          Tarix: 19-04-2018, 17:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma