Xəbər lenti

Ermənistanda nümayişçilər bu gün axşam saatlarında Zvartnos beynəlxalq aeroportuna aparan magistralı bağlayıblar.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən kütləvi etiraz aksiyalarının 100-dək iştirakçısı aeroportun yolunu avtomobillərlə blokadaya alaraq hökumət əleyhinə şüarlar səsləndirir və polisin çağırışlarına məhəl qoymur.

Ermənistanda etiraz aksiyaları artıq səkkizinci gündür davam edir və getdikcə daha izdihamlı xarakter alır. Təkcə bu gün polis aksiyada iştirak etdiklərinə görə 233 nəfəri həbs edib. Buna baxmayaraq, nümayişçilər geri çəkilmirlər. Artıq hökumətin müxalifəti dialoqa çağırdığına dair xəbərlər yayılır.

Xatırladaq ki, Serj Sarkisyanı ölkəni qeyri-effektiv idarə etməkdə və iqtisadi vəziyyətin pisləşməsində təqsirləndirən müxalifət aprelin 17-də Ermənistanda “məxməri inqilabın” başlandığını elan edib .

 




Ana səhifəyə qayıt        Baxış: 600          Tarix: 21-04-2018, 11:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma