Xəbər lenti

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, tərəflər telefon danışığı zamanı ABŞ-ın İranla nüvə razılaşmasından çıxması məsələsini müzakirə ediblər.

Bundan əlavə, prezidentlər Birgə Hərtərəfli Fəaliyyət Planının beynəlxalq təhlükəsizlik üçün vacib əhəmiyyəti olduğunu vurğulayıblar və bu kontekstdə gələcək addımların əlaqələndirilməsi barədə razılığa gəliblər.

Putin və Ərdoğan Suriya və əsas ikitərəfli layihələrin həyata keçirilməsi məsələlərinə toxunublar.

 




Ana səhifəyə qayıt        Baxış: 787          Tarix: 11-05-2018, 11:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma