
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahına yeni rəis təyin edilib.
Strateq.az erməni mediasına istinadla xəbər verir ki, prezident Armen Sarkisyanın sərəncamıyla bundan sonra Baş Qərargah vəzifəsini general-mayor Artak Davtyan tutacaq.
Davtyanın təyinatı barədə ilk məlumatı isə özünün “Facebook” səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyan yazıb: “Sizə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının yeni təyin edilmiş rəhbəri general-mayor Artak Davtyanı təqdim etməyə şadam”.
Xatırladaq ki, Artak Davtyan Baş Qərargahın əməliyyat idarəsinin rəisi vəzifəsində çalışıb, 2017-ci ilin sentyabrında isə Ermənistan Müdafiə Nazirliyinin 5-ci ordu korpusunun komandanı təyin edilib.
Artak Davtyandan öncə Baş Qərargah rəisi vəzifəsini tutmuş general Movses Akopyan isə Baş Hərbi İnspektor təyin edilib.
Paylaş: