Xəbər lenti

Düşmənin hücumuna on qat cavab verəcəyik.

APA-nın məlumatına görə, bunu İranın ali dini lideri Ayətullah Xamenei bu gün İslam İnqilabının banisi  İmam Xomeyninin vəfatının 29-cu ildönümü münasibətilə Tehrandakı çıxışında deyib.

O,  İranın nüvə texnologiyası sahəsində əldə etdiyi nailiyyəti qürurverici, müxtəlif növ raket istehsalını və raket gücünü  ölkənin təhlükəsizliyinin təminatı adlandırıb: “Biz regionda raket sistemləri sahəsində ən güclü ölkəyə çevrilmişik.  Düşmən bilir ki, bir raket atarsa, 10 raketlə cavab verəcəyik”.

Ayətullah Xameneinin sözlərinə görə, bəzi Avropa ölkələri  İranın sanksiyalara dözməsini, nüvə fəaliyyətindən əl çəkməsini və məhdudiyyətlərin davam etdirilməsini istəyirlər: “Mən bu dövlətlərə deyirəm: sizin xəyallarınız gerçəkləşməyəcək”.

Ayətullah Xamenei qeyd edib ki,  İran xalqı və dövləti nə sanksiyanın olmasını,  nə də “nüvə texnologiyasının həbsini” qəbul edəcək: “İranın Atom Enerji Təşkilatı borcludur  ki, tez bir zamanda  Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində  sentrifuqaların sayının 190 min SWU-a (izotop ayırma qabiliyyəti) çatdırılması üçün işlərə başlasın”.

 




Ana səhifəyə qayıt        Baxış: 737          Tarix: 5-06-2018, 11:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma