Xəbər lenti
Bu gün, 10:55

İran yeni ballistik raketi təqdim etdi

İran Tehranda keçirilən hərbi paradda yeni ballistik raketi təqdim edib.

Publika.az xəbər verir ki, bu haqda briqada generalı Əmir Əli Hacızadehə istinadən Press TV telekanalı bildirib.

“Khorramshahr” adlanan raketin uçuş məsafəsi 2 min kilometrdir. Raket bir neçə döyüş başlığı daşıya bilir.

Təqdimat mərasimində İran prezidenti Həsən Ruhani və ordunun yüksək vəzifəli rəsmiləri iştirak edib. Dövlət başçısı çıxışında bildirib ki, ölkə raket kompleksinin imkanlarını gücləndirmək niyyətindədir. Onun sözlərinə görə, heç bir ölkə Tehrana öz raket potensialını gücləndirməyə mane ola bilməyəcək.

Qeyd edək ki, İranın raket proqramı ABŞ-ın kəskin mənfi reaksiyasına səbəb olur. Vaşinqton İranın raket proqramı üzrə tətbiq etdiyi sanksiyaların siyahısına 18 təşkilatı və fiziki şəxsi daxil edib. Ruhani sanksiyaların davam etdiriləcəyi halda İranın nüvə proqramı üzrə razılaşmadan çıxa biləcəyini bildirib. Həmçinin, İran parlamenti ABŞ-ın sanksiyasına cavab olaraq raket proqramının hazırlamasına 520 milyon dollar ayırıb.




Ana səhifəyə qayıt        Baxış: 525          Tarix: 22-09-2017, 16:53      


Paylaş:   

Ən çox oxunanlar