Xəbər lenti

Rusiya prezidenti Vladimir Putinin payız aylarında Özbəkistana səfər edəcəyi planlaşdırılır.

“RİA Novosti” xəbər verir ki, Çinin Tsindao şəhərində Şanxay Əməkdaşlıq Şurasının zirvə görüşü zamanı Özbəkistan prezidenti Şavkat Mirzəyevlə söhbətində Putin deyib: “İşçi səfərə gəlməyə çalışacağam. Bu bizdə payıza planlaşdırılıb”.

Putinin Daşkəndə oktyabr ayında gedəcəyi gözlənilir.

Rusiya prezidenti söhbət zamanı qeyd edib ki, Moskva ilə Daşkənd arasında iri layihələr gerçəkləşdirilir. Yalnız “LUKoil” şirkəti Özbəkistan iqtisadiyyatına 7 milyard dollar vəsait qoyub.

 




Ana səhifəyə qayıt        Baxış: 748          Tarix: 9-06-2018, 16:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma