Xəbər lenti

Rusiya prezidenti Vladimir Putin mayın 29-da Parisə səfər edəcək.

Rusiya mətbuatı xəbər verir ki, səfər Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə baş tutacaq.

Məlumata görə, prezidentlər Versal sarayında keçiriləcək görüşdə ikitərəfli münasibətləri, Ukrayna və Suriya böhranının nizamlanmasını, habelə digər beynəlxalq problemləri müzakirə edəcəklər.

Səfər çərçivəsində iki liderin tanışlığı, onların məhdud tərkibdə qeyri-formal danışıqları, daha sonra isə geniş tərkibdə görüş planlaşdırılır.///Virtualaz.org

 




Ana səhifəyə qayıt        Baxış: 959          Tarix: 29-05-2017, 11:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma