
Avropa İttifaqı Şurası Krım və Sevastopolun Rusiya tərəfindən ilhaqı ilə əlaqədar tətbiq etdiyi sanksiyaların müddətini daha 1 il uzadıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Brüsselin sanksiyaları Aİ vətəndaşları və şirkətlərinin Krımdan mal idxal etməsini, yarımadaya investisiya yatırmasını, turizm xidmətləri göstərilməsini, Krıma nəqliyyat, telekommunikasiya və energetika avadanlıqları, o cümlədən neft, qaz, faydalı qazıntıların hasilatı və emalı ilə bağlı texnologiyaların ixracını qadağan edir. Texniki yardım, vasitəçi xidmətləri, tikinti-mühəndislik xidmətləri də qadağandır.
Xatırladaq ki, 2014-cü ilin martında Ukraynanın Krım Muxtar Respublikasının Rusiya tərəfindən ilhaqından sonra Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edib
Paylaş: