Aİ-yə üzv dövlətlərin liderləri Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa qərar veriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk bildirib.
“Qərara aldıq. Aİ Minsk razılaşmasının Moskva tərəfindən tam icra olunmaması səbəbindən Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq”, - deyə Tusk bildirib.
Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasına dair rəsmi qərarın Aİ-yə üzv dövlətlərin liderlərinin sammitindən bir neçə gündən sonra qüvvəyə minəcəyi gözlənilir. Sammitin işi iyunun 23-də başa çatacaq.