Xəbər lenti

1990-cı ildən bəri miqrasiya səbəbindən Mərkəzi və Şərqi Avropanın əhalisi kəskin azalıb.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu nəticə avstriyalı demoqrafların tədqiqatında öz əksini tapıb. Qərbi Avropada isə əks-tendensiya müşahidə olunur – regionda 1990-cı ildən 2017-ci ilədək miqrasiya hesabına əhalinin sayında artım müşahidə edilib.

Əhalinin azalması ən çox Bolqarıstan, Latviya, Litva, Moldova, Bosniya və Herseqovina, həmçinin Kosovoda qeydə alınıb – 19 faiz və daha artıq. Çexiya, Slovakiya və Sloveniya regionda əhalisi cüzi də olsa artan (2-3 faiz) yeganə ölkələrdir.

Hazırda Avropa əhalisinin sayının artmasının və azalmasının hərəkətverici qüvvəsi miqrasiya axınıdır. Qərbi Avropanın bəzi ölkələrində isə əhali artımının əsasında doğum göstəricisi dayanır. Belə ki, İrlandiyada 2000-ci ildən bəri artım 36 faiz, Fransada isə 18 faiz təşkil edib.

Tədqiqata əsasən, Qərbi Avropa ölkələrinin əksəriyyətində əhalinin sayı əsasən miqrasiya səbəbindən artır. İsveçrə (26 faiz), İspaniya (20 faiz), İsveç (17 faiz) bu ölkələr qrupuna aiddir.

 




Ana səhifəyə qayıt        Baxış: 560          Tarix: 23-06-2018, 16:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma