Xəbər lenti

Avropa Komissiyasının sədri Jan Klod Yunker Strasburqda Avropa Parlamentində çıxışı zamanı Qərbi Balkan dövlətlərinin Avropa İttifaqına daxil olması üçün zəruri şərtləri açıqlayıb.

Azərtac xəbər verir ki, Jan Klod Yunkerin sözlərinə görə, Xorvatiya və Sloveniya sərhədlə bağlı problemi həll etməyənədək Qərbi Balkan ölkələri üçün üzvlük mümkün olmayacaq.

Sloveniya və Xorvatiya Adriatik dənizində Piran boğazında yerləşən ərazilərə iddia irəli sürüblər.

Qeyd edək ki, Avropa İttifaqı üzvlüyünə namizəd olan Qərbi Balkan ölkələri Albaniya, Makedoniya, Serbiya və Monteneqrodur. Bosniya və Herseqovina isə namizəd statusunu 2016-cı ilin fevral ayından gözləyir.




Ana səhifəyə qayıt        Baxış: 799          Tarix: 7-02-2018, 12:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma