
ABŞ prezidenti qanunsuz mühacirlərin dərhal deportasiyasına çağırıb. Donald Tramp bildirib ki, bu insanların ölkəmizi işğal etməsinə imkan verə bilməz. Bizə Amerikanı daha da möhtəşəm edəcək insanlar lazımdır. “Sistemimiz yaxşı mühacirət, qanun və nizama ziddir”- deyə Tramp Twitter hesabında yazıb.
Bundan əvvəl prezident müxalif demokratları mühacirət siyasətinə görə tənqid etmişdi. “Demokratlar, qanunları düzəldin. MÜQAVİMƏT göstərməyin” – deyə, Tramp Twitter-də yazıb. O, administrasiyasının yaxşı iş gördüyünü deyərək, daha əvvəlki prezidentlər – Corc Buş və Barak Obamanın qanunsuz mühacirətə nəzarət siyasətini qınayıb.
ABŞ lideri sərhədlərin mühafizə edilməli olduğunu vurğulayıb. O deyib ki, bizə Amerikanı daha da möhtəşəm edəcək insanlar lazımdır. “Güclü sərhədlər, cinayətə yox!”- Tramp yazıb.
(Amerikanın səsi)
Paylaş: