Xəbər lenti

 ABŞ prezidenti Donald Tramp qaçqınların ölkəyə qəbulu proqramının daha da sərtləşdirilməsinə dair göstəriş verib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tramp bu barədə “Twitter” hesabında bildirib. Müvafiq tapşırıq Daxili Təhlükəsizlik Nazirliyinə verilib.    

 D.Tramp bu addımın Nyu-Yorkdakı terror aktı ilə əlaqəli olub-olmadığına dair heç bir açıqlama verməyib.    

 Qeyd edək ki,  Donald Tramp bir neçə gün əvvəl qaçqınların qəbulunun bərpa edilməsi haqqında fərman imzalayıb.    

 Fərman qaçqınların qəbuluna tətbiq edilən 120 günlük qadağanı  ləğv edib,  lakin 11 ölkədən qaçqınların qəbuluna 90 günlük əlavə məhdudiyyətlərin tətbiq edilməsini nəzərdə tutub.   




Ana səhifəyə qayıt        Baxış: 875          Tarix: 1-11-2017, 08:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma