Xəbər lenti

ABŞ prezidenti Donald Tramp hakimiyyətdə olduğu 10 ay ərzində diqər amerikalı həmkarları ilə müqayisədə daha çox işlər gördüyünü düşünür.

"Report"un xəbərinə görə, bu barədə Tramp özü "Facebook"dakı səhifəsində yazıb.

“İşimə başlamağımın ilk günündən hamınız demokratların prezident seçkilərini uduzmaqları barədə bəhanələrini eşidirsiniz: Rusiya, Rusiya, Rusiya. Buna baxmayaraq mənim dövrümdə iqtisadiyyatımız çiçəklənir və mən özümdən əvvəlki prezidentlərin 10 aylıq səlahiyətlərinı icra etdikləri müddətdə onlardan bəlkə də daha çox iş görmüşəm. Amerikanı yenidən böyük edin", - deyə ABŞ prezidenti qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 539          Tarix: 28-11-2017, 14:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma