ABŞ prezidenti Donald Tramp Asiya-Sakit okeanı regionuna səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüş keçirə bilər.
Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Ağ Evin sahibi “Foks Nyus” telekanalına bildirib.
“Bizim Putinlə görüşümüz ola bilər. Yenə deyəcəyəm, Putin çox əhəmiyyətlidir. Çünki Rusiya bizə Şimali Koreya böhranı ilə bağlı kömək edə bilər”, - ABŞ prezidenti deyib.
Tramp həmçinin bildirib ki, Rusiya Suriya probleminin həllində ABŞ-a kömək edə bilər.
“Biz Ukrayna haqqında da danışmalıyıq”, - ABŞ prezidenti əlavə edib.
Qeyd edək ki, Tramp 5-14 noyabr tarixlərində Asiya turnesinə çıxacaq. Ağ Evin başçısı turnes çərçivəsində Yaponiya, Cənubi Koreya, Çin, Vyetnam və Filippində olacaq, həmçinin noyabrın 10-da Vyetnamda keçiriləcək Asiya-Sakit okean iqtisadi əməkdaşlıq sammitində (ATES) sammitində və 12-13 noyabrda Filippində Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ACEAN) sammitində iştirak edəcək.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, ATES sammitində Vladimir Putinin ikitərəfli görüşləri hələlik planlaşdırılmayıb.
Paylaş: