Xəbər lenti

ABŞ prezidenbti Donald Tramp Üçüncü Dünya Müharibəsinin Çernoqoriyaya görə başlaya biləcəyini deyib.

Bu barədə o,  “Fox News” telekanalına müsahibəsində deyib.

“NATO-nun üzvlərindən birinə hücumun bütün təşkilata hücum anlamına gəlməsi prinsipi asanlıqla Üçüncü Dünya Müharibəsini alovlandıra bilər. Məsələn, Çernoqoriyada çox azsaylı, lakin aqressiv xalq yaşayır. Onlar kiməsə qəzəblənə bilərlər və təbrik edirəm, Üçüncü Dünya Müharibəsi başladı” – deyə Tramp açıqlama verib.

Trampın fikrincə, bu şəraitdə NATO üzvlərinin hamısı ABŞ-a müdafiə olunduqları üçün pul ödəməlidir: “Biz onları qoruyuruq, qoy pul ödəsinlər”.

Xatırladaq ki, Çernoqoriya 2017-ci ildə NATO üzvü olub/Modern.az.

 




Ana səhifəyə qayıt        Baxış: 436          Tarix: 19-07-2018, 13:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma