Xəbər lenti

Ötən gün Yerevanda məhkəmə KTMT-nin Baş katibi, Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, general Yuri Xaçaturovun barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxıb və onu girov əvəzində sərbəst  buraxıb. General Xaçaturov 2008-ci il martın 1-də nümayişçilərin güllələnməsi işində ittiham edilənlərdən biridir.

Ofisi Kremlin həndəvərində yerləşən bədnam və indiyə qədər qatı ermənipərəst mövqeyi ilə tanınan  MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev deyib ki, KTMT-nin fəaliyyətdə olan baş katibinə ittiham irəli sürülməsi kökündən yalnış addımdır və Rusiyada ciddi anlaşılmamazlığa səbəb olub.

“Əgər bu adam müəyyən statusa malik olmasaydı onun həbsi Ermənistanın daxili məsələsi ola bilərdi. Əgər Ermənistan rəhbərliyi bu məsələni doğrudan da həll etmək istəyirdisə cinayət işi qaldırmazdan əvvəl Rusiya ilə müzakirə edilməliydi. İndi isə KTMT-nin baş katibinə cinayət işi qaldırılır, özü də elə bir vaxtda ki, məsələn, Qazaxıstan Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir. KTMT-də onsuz da bir çox problemlər var və erməni rəhbərliyi Rusiyaya əlavə problemlər yaratmağa cəhd edir”-Vladimir Yevseyev bildirib.

Rusiyalı ekspertin bildirdiyinə görə Moskva Xaçaturovun tutulmasına və ya vəzifədən uzaqlaşdırılmasına dözə bilər. Amma belə hərəkətlərin onunla razılaşdırılmadan edilməsini də yaddan çıxarmayacaq.

Yevseyevə görə görünür erməni tərəfi yaddan çıxarır ki, KTMT-nin baş katibi vəzifəsinə Ermənistan nümayəndəsinin təyin edilməsi üçün hansı səylər göstərmişdi və Rusiya bu təyinat üçün hansı maneələri dəf etməli olmuşdu.

 




Ana səhifəyə qayıt        Baxış: 654          Tarix: 28-07-2018, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma