Xəbər lenti

Keçmiş SSRİ Quru qoşunları Baş qərargah rəisinin müavini, müstəqil Ermənistanın silahlı qüvvələrini yaradanlardan biri, general-leytenant Norat Ter-Qriqoryants Yerkir Media”nın efirində bildirib ki, Gürcüstan-Azərbayacan-Türkiyə təcavüzkar ittifaq qurub.

Strateq.az erməni nəşrinə istinadən bildirir ki, general onların Ermənistanın boynundakı ilgəyi dartmaq üçün Qars-Tiflis-Bakı dəmiryolu çəkdiyini deyib.

O, Naxçıvan mövzusuna toxunaraq qeyd edib ki, Naxçıvan erməni ərazisidir, 1921-ci ildə Azərbaycan adlı ikinci türk dövlətinə verilib. General yada salıb ki, Naxçıvanın erməni əhalisi hələ Heydər Əliyevin dönəmində qeyri-hərbi yolla oradan çıxarılıb. O deyib: “Heydər Əliyev Naxçıvanda elə bir siyasət yürüdüb ki, camaat oradan tədricən getsin”.

Ter-Qriqoryants habelə qeyd edib ki, NATO ölkəsi Türkiyə Naxçıvandakı Azərbaycan qoşunlarına yardım edir: “Orada türk hərbi müşavirləri var. Belə çıxır ki, NATO ölkəsi KTMT üzvü Ermənistana hücum üçün qeyri-NATO dövlətinə yardım edir”.

Onun sözlərinə görə, Naxçıvan qruplaşması sovet, Rusiya, indi isə Belarus silahıyla da təchiz olunub, hərçənd Belarus KTMT üzvüdür. General əlavə edib: “Azərbaycanlılar Naxçıvanda yüksəklikləri götürürlər ki, məkanı görmək və Gorusa gedən yolları atəşə tutmaq asanlaşsın. Onlar artıq KTMT üzvü ölkəyə qarşı təcavüzkar davranırlar, KTMT isə heç bir tədbir görmür. Bu ordu İrəvana hücum edə bilər”.

 




Ana səhifəyə qayıt        Baxış: 628          Tarix: 4-07-2018, 16:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma