Xəbər lenti

Yunanıstan Moskvadakı səfiri Andreas Friqanası Afinaya geri çağırıb.

Azərtac Novosti agentliyinə istinadla xəbər verir ki, Yunanıstan tərəfindən məsələ ilə bağlı verilən açıqlamada belə bir qərarı şəxsən ölkənin xarici işlər naziri Nikos Koçiasın qəbul etdiyi bildirilib.

Qeyd edək ki, yunan hökuməti ötən ay iki rus diplomatı deportasiya edib, iki mülki rusiyalının isə ölkəyə girişinə qadağa qoyub. Sözügedən şəxslər yunanıstanlı rəsmilərə rüşvət verməkdə ittiham edilir. Onlar Makedoniyanın NATO-ya daxil olmasına icazə verməmək üçün müqavilənin pozulmasına çalışıblar. Bundan sonra rəsmi Moskva Afinaya bir neçə dəfə xəbərdarlıq edib.

 




Ana səhifəyə qayıt        Baxış: 576          Tarix: 11-08-2018, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma