Xəbər lenti

Qətər səfirini İrana geri qaytarır

Qətər səfirini İrana geri qaytarır.

Publika.az bildirir ki, bu barədə Qətər xarici işlər nazirliyinin bəyanatında bildirilib.

Məlumata əsasən, Qətər Əmirliyinin İran İslam Respublikasındakı səfiri vəzifə səlahiyyətlərinin icrasını davam etdirmək üçün Tehrana qayıdacaq.

“Qətər bütün sahələrdə İranla ikitərəfli münasibətlərin möhkəmləndirilməsində maraqlıdır”, bəyanatda qeyd olunub.

Xatırladaq ki, 2016-cı ilin yanvarında Qətər Tehrandakı səfirini geri çağırıb. Buna Tehranda və Məşhəddə Səudiyyə Ərəbistanının müvafiq olaraq səfirliyi və konsulluğuna edilən hücum olub.




Ana səhifəyə qayıt        Baxış: 795          Tarix: 24-08-2017, 13:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma