Xəbər lenti

Türkiyə və Yunanıstan baş nazir Binəli Yıldırımın Afinaya səfəri zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələsini müzakirə edəcəkər.

Trend xəbər verir ki, türkiyəli baş nazirin dəftərxanasından verilən məlumata görə, B.Yıldırımın Yunanıstana səfəri iyunun 19-da baş tutacaq.

Türkiyə baş nazirinin yunanıstanlı həmkarı Aleksis Siprasla görüşü zamanı regional məsələləri də müzakirə edəcəyi gözlənilir.

B.Yıldırım səfəri çərçivəsində Yunanıstandakı türk diasporunun nümayəndələri görüşməyi də planlaşdırır.

 




Ana səhifəyə qayıt        Baxış: 750          Tarix: 15-06-2017, 12:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma