ABŞ prezidenti Donald Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib. Səfər çərçivəsində iki ölkə arasında ümuluikdə 380 milyard dollarlıq, o cümlədən 110 milyard dollara silah müqaviləsi imzalandı.
Vaşinqton öz müttəfiqinə ən müasir helikopter və təyyarələr, atıcı silahlar, artilleriya sistemləri, müasir rabitə qurğuları və hava hücumundan müdafiə sistemləri satacaq. Bundan başqa, onlar terrorun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədilə yeni mərkəz də yaradacaqlar.
Çıxışı zamanı Səudiyyə Ərəbistanını müsəlman dünyasının mərkəzi adlandıran Tramp Barak Obama dövründə soyuqlaşan əlaqələrə yeni impuls vermiş oldu. Respublikaçı prezident həmçinin, ABŞ-ın ənənəvi Yaxın Şərq siyasətində Ər-Riyadın rolunu qabartdı və İrana qarşı bütün müsəlman ölkələrini birləşdirməyə çağırış etdi. Təsadüfi deyil ki, Ər-Riyadda Donald Tramp Körfəz ölkələrinin sammitində və İslam ölkələrinin 55 dövlət başçısının toplantısında çıxış etdi.
“Biz burada sizə mühariazə oxumaq üçün detyilik. Biz daha yaxşı gələcək namizəd əməkdaşlıq etəmk ümçün buradayıq. Parlaq gələcək yalnız siz terrorçuları və ekstremistləri öz ölkənizdən qovsanız gələcək. Öz məbədlərinizdən, öz evlərinizdən, öz ölkənizdən onları qovun” – deyə Tramp çıxışında bildirmişdi.
Müsəlman ölklərini, Yaxın Şərqi terror qarşı birləşdirmək üçün ABŞ insane haqlarının vəziyyətinə göz yummağa hazır olduğunu da nümayiş etdirdi.
Digər tərəfdən, İŞİD-i deyil, İranı qlobal terror mərkəzi adlandırmaqla Tramp yaxın illərdə Yaxın Şərqdə ənənəvi sünni Səudiyyə Ərəbistanı və şiə İran arasındakı qarşıdurmada Ər-Riyada dəstək verəcəyini nümayiş etdirmiş oldu. Onun fikrincə, İran terrorçulara maliyyə dəsdəti. Tərəfdar toplamaq üçün sosial baza verir.
Paralel olaraq, Tramp Yaxın Şərqdə terror qarşı mübarizədə sünni ərəb ölkələrinə arxayın olduğunu nümayiş etdirdi. Barak Obama Yaxın Şərqə səfəri zamanı ilk növbədə Türkiyəyə səfər etmiş və Böyük Millət Məclisindən dünya müsəlmanların amüraciət edərək əslində Ankaranı İslam dünyası ilə laqədə vasitəçi gördüyünü göstərmişdi. Həmin turne zamanı Türkiyədən Ər-Riyada qısa səfər edən Obama Misirə gedərək bu ölkəni ərəb dünyasının ürəyi adlandırmış və Yaxın Şərq üçün yeni inkişaf modeli təqdim etmişdi. Lakin “ərəb baharı” bu planın tamamilə iflasa uğradığını və Ağ Evin regionda yeni siyasətə ehtiyacı olduğunu göstərdi.
Donald Trampın yeni siyasi xətti Türkiyə və Misir kimi ölkələrin siyasi nüfuzunun azalmasına yol açdı. Suriya kürdlərini silahlandırmaqla Ankaranın narazılığını oyadan Tramp, bu yanaşması ilə Türkiyəni İran və Rusiya ilə ittifaq axtarmağa sövq edə bilər.
Bunun Yaxın Şərq region üçün hansı nəticələr doğuracağını öncədən demək isə qeyri-mümkündür//Modern.az
Paylaş: