Xəbər lenti

Böyük Britaniyanın Baş naziri Tereza Meyin fikrincə, “Brexit” – Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) tərkibindən çıxması – barədə danışıqlar düyünə düşüb. Britaniya hökumətinin başçısı Aİ-nin Zalsburqda başa çatmış, “Brexit”ə hazırlıq məsələlərinin də müzakirə edildiyi qeyri-rəsmi sammitinin yekunları barədə xüsusi bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, Mey Birləşmiş Krallıq ilə Avropa İttifaqı arasında gələcək qarşılıqlı ticarət münasibətlərinin formalaşması barədə Londonun təkliflərindən Brüsselin imtina etməsini qəbuledilməz adlandırıb. Mey, eyni zamanda, “Brexit”in sərt variantının tərəfdarı olmasını təsdiqləyib. “Pis saziş olmaqdansa, sazişin heç olmaması yaxşıdır”, – deyən Tereza Mey vurğulayıb ki, o, Aİ-yə həmişə hörmət bəsləyib və Böyük Britaniyanın da özünə bu cür münasibət gözləmək haqqı var.

Britaniya hökumətinin başçısı öz ölkəsinin Aİ-dən çıxması məsələsinə dair keçirilmiş referendumu “ən böyük demokratik təcrübə” adlandırıb və bildirib ki, referendumun yekunlarına yenidən baxmaq niyyətində deyil, çünki bu, ölkəni parçalaya bilər.

“Reuters” agentliyi qeyd edir ki, Baş nazirin çıxışı zamanı Britaniya funt-sterlinqinin dəyəri xeyli aşağı düşüb.

 




Ana səhifəyə qayıt        Baxış: 503          Tarix: 22-09-2018, 15:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma