Xəbər lenti

İsrail İordan çayının qərb sahillərində yaşayan fələstinlilərə güzəştlər tətbiq edəcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Haaretz" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, bununla bağlı İsrail Təhlükəsizlik Komitəsi qərar qəbul edib.

ABŞ Prezidenti Donald Trampın bu ölkəyə səfərinə az qalmış qəbul edilən qərar bəzi müzakirələrə səbəb olub: "Qərarla bəzi fələstinlilərin İordan çayının qərbindən İsrail ərazisinə keçid sadələşdirilir. ”Bəzi fələstinlilər” dedikdə İsraildə işləmək icazəsi olanlar nəzərdə tutulur. İsrail və İordaniya arasında yerləşən, fələstinlilərin istifadə etdiyi "Allenbi" körpüsündəki keçid məntəqəsi 24 saat ərzində fəaliyyət göstərcək. Xevronskda yerləşən "Tarkumiya" sənayə zonasının fələstinlilər tərəfindən genişləndirilməsi də bu qərara daxil edilib".

Qeyd edək ki, Tramp bu gün Səudiyyə Ərəbistanından İsrailə gələcək.

 




Ana səhifəyə qayıt        Baxış: 982          Tarix: 22-05-2017, 13:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma