Xəbər lenti

Oktyabrın 8-də iqtisadiyyat elmləri üzrə Nobel mükafatı qalibinin adı elan olunacaq. Bununla da builki mükafat qaliblərinin açıqlanması mərasimi bitəcək.

İqtisadiyyat üzrə mükafatın dəyəri 1 milyon dollardır. Tibb, fizika, kimya və sülh mükafatçılarına da eyni məbləğ verilir. Həmin qaliblər bir həftə öncə bilinib.

Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyib. Səbəb İsveç Akademiyasında cinsi qısnama qalmaqalıdır. Mükafatı bu akademiya verir.

Ötən il Nobel mükafatı ABŞ iqtisadiyyatçısı Riçard H. Zalerə verilib.

Mükafatlar dekabrın 10-da təqdim olunacaq. Həmin gün, 1896-cı ildə İsveç sənayeçisi, mükafatın təsisçisi Alfred Nobel dünyasını dəyişib.

 




Ana səhifəyə qayıt        Baxış: 350          Tarix: 8-10-2018, 17:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma