Xəbər lenti

ABŞ sanksiyalar tətbiq edərək İran ilə digər dövlətlərin iqtisadi əlaqələrini ciddi-cəhdlə kəsməyə çalışdığı halda, özü İran ilə ticarət əlaqələrini davam etdirir. Cari ildə ABŞ-ın İrana ixracı 7 dəfə artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Statistika Bürosunun hesabatında deyilir. May ayından sanksiyalar bərpa edildikdən sonra ABŞ-ın İrana ixracının həcmi 109,2 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə isə ABŞ-ın İrana ixracının həcmi 16,1 milyon dollar həcmində olmuşdu.

Hesabatda qeyd olunub ki, ötən il İrandan ABŞ-a ixracın həcmi 3,2 milyon dollar olmuşdursa, cari ildə bu rəqəm sıfıra bərabərdir.

Analitiklər bildirirlər ki, ABŞ İrana qarşı sanksiyalara yalnız öz prizmasından baxır. Rəsmi Vaşinqton sanksiyalar tətbiq etməklə İranda qıtlığın yaranmasına nail olub və fürsətdən istifadə edərək, öz mallarını İrana satıb qazanc əldə edir. Bu, paradoksdur.

 




Ana səhifəyə qayıt        Baxış: 554          Tarix: 8-12-2018, 17:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma