Xəbər lenti

Avropa Parlamenti  üzv ölkələrin ərazisində “Şimal axını -2” qaz kəmərinin çəkilişini dayandırmaq barədə qətnamə qəbul edib.

Strateq.az bildirir ki, bu qərar Ukraynaya dəstək üçün  Strasburqda keçirilmiş sessiyada qəbul olunub. İclasda “Şimal axını-2” Rusiyanın siyasi layihəsi adlandırılıb.  Sənəddə deyilir ki, Ukrayna Avropanın enerji təminatı üçün “açar rol” oynayır: ““Şimal axını-2” layihəsi Avropanın təhlükəsizliyinə və enerji mənbələrinin diversifikasiyası üçün təhdid yaradır. Avropa Parlamenti bu layihənin ləğv edilməsini tələb edir” –deyə qətnamədə bildirilir.

Qeyd edək ki, Rusiyanın dəstək verdiyi bu layihə rus qazını Baltik dənizi vasitəsi ilə Almaniyaya nəql etməyi nəzərdə tutur. Bu layihəyə Almaniya və İsveç dəstək verib. Danimarka isə hələ mövqeyini açıqlamayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 537          Tarix: 13-12-2018, 14:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma