Xəbər lenti

 

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyi Qurban bayramı ilə əlaqədar əfv fərmanı imzalayıb.

İranın Məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisinin təqdimatına əsasən Ali Rəhbər 1070 nəfəri əfv edib. Əfv olunanların bir hissəsi azadlığa buraxılıb, digər hissəsinin isə məhkumluq müddəti azaldılıb.

İranın Ali Rəhbərinin administrasiyasının açıqlamasında deyilir ki, Ə.Xamneyi həmişə insanpərvərlik və humanistlik prinsiplərini yüksək tutaraq dini bayramlarda qanunu pozan adamları bağışlayır və bayram günü ailələrə sevinc bəxş edir.\\Azərtac




Ana səhifəyə qayıt        Baxış: 486          Tarix: 19-08-2019, 21:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma