Xəbər lenti

İranın ali dini lideri Xameneyi 715 nəfər məhbusun əfv edilməsi ilə bağlı müraciəti qəbul edib.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu barədə ali dini liderin ofisinin informasiya portalı məlumat verib. Məlumatda deyilir ki, Xameneyi ictimai və inqilab məhkəmələri, hökumət dairələri və silahlı qüvvələrdə mühakimə olunan 715 nəfərin əfvi, cəzasının yüngülləşdirilməsi təklifi ilə razılaşıb.

Qeyd edək ki, Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amuli Laricani dini liderə ünvanladığı məktubda Mərkəzi Əfv və Bağışlanma Komissiyasında lazımi şəraitə malik olan məhkumlardan 715 nəfərin əfvi, cəzasının yüngülləşdirilməsi təklifini verib.

 




Ana səhifəyə qayıt        Baxış: 810          Tarix: 2-05-2018, 13:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma