Xəbər lenti

 

ABŞ hökuməti İran İnqilab Keşikçiləri Korpusuna qarşı tətbiq olunan sanksiyaları pozduğunu əsas gətirərək Panama bayrağı ilə üzən “Adrian Darya-1” adlı İran gəmisini sanksiya tətbiq edilən siyahıya salıb.

Ovqat.com xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi yazılı açıqlamasında qeyd edib ki, gəmi İran İnqilab Keşikçiləri Korpusunun “Qüds gücü” briqadasına neft daşıyır.

Tankerdə olan 2,1 milyon barel İran nefti ABŞ-ın sanksiya siyahısında olan İnqilab Keşikçiləri Korpusuna dəstək məqsədilə daşındığı üçün blok edilir.

ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, İran xarici işlər naziri Cavad Zərif “Adrian Darya-1” gəmisinin Suriyaya getmədiyi haqda İngiltərəyə qarantiya verib: “Biz tankerin Suriyaya, Tatus limanına getdiyinə dair əsaslı informasiyaya sahibik”.




Ana səhifəyə qayıt        Baxış: 503          Tarix: 31-08-2019, 13:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma